COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |    

COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə hədəfi üçün effektiv mühit yaradır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O, bütün dünyanın Bakıda toplaşdığını xatırladıb:

"196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması konfransın miqyasının və nüfuzunun göstəricisidir. Bir neçə gündür COP29 çərçivəsində səmərəli müzakirələr aparılır".

K.Nurullayeva deyib ki, COP29-dan böyük gözləntilər var:

"Bunlardan biri də 2015-ci ildə imzalanmış Paris razılaşmasının 6-cı maddəsilə əlaqədardır. Belə ki, 9 il əvvəl imzalanmasına, çoxsaylı müzakirələrə baxmayaraq, sənədin karbon bazarlarını əhatə edən 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə vahid mexanizm barədə razılığa gəliblər. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır".

"Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları da iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artırmaqla bağlı açıqlamalar veriblər. Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün Bakıdakı danışıqlar üçün effektiv mühit yaradır", - deputat qeyd edib.

Milli Məclisin üzvü vurğulayıb ki, ötən gün keçirilən kiçik ada dövlətlərinin sammiti də səmərəli müzakirələrlə yadda qaldı:

"Bu tədbirdə bir daha bəyan olundu ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməyə başlayıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə kiçik ada dövlərinə dəstək verən Azərbaycan COP29-un sədri kimi bu dəstəyi davam etdirməkdədir.

Prezident inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan dövlətlərə müraciət edərək ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilmələri üçün kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Rəsmi Bakı COP29-un ev sahibi kimi həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimlər tərəfindən susdurulmasını pisləyir".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 14.11.24 19:15