Braziliyada kişi Ali Məhkəmənin binası qarşısında özünü partladıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL  |     19:51 Əmək pensiyaları indeksləşdiriləcək  |     19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |     19:25 KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb  |     19:19 Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO  |     19:11 Ermənistanda atışma olub, ölən və yaralananlar var  |     19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |    

Braziliyada kişi Ali Məhkəmənin binası qarşısında özünü partladıb

Braziliya Ali Məhkəməsi qarşısında baş verən iki partlayış nəticəsində ən azı bir nəfər ölüb.

Bu barədə Median.Az yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Braziliyanın paytaxtı Brasilia şəhərində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin binasına girməyə cəhd edib.

Hadisə ilə bağlı Federal Dairə qubernatorunun müavini Selina Leao bildirib: “Vətəndaş Ali Məhkəməyə yaxınlaşıb, içəri girə bilməyib və bundan sonra qapıda partlayış olub”. Polis ölən şəxsin kimliyini təsdiqləməyib, çünki onun bədənində hələ də partlayıcı qurğular var.

“Metr poles” portalının məlumatına görə, hadisəni törədən şəxs sosial şəbəkələrdə hökuməti terror aktı ilə hədələyən Fransisko Vanderley olub.

KİV-in məlumatına görə, Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində lideri Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro olan Liberal Partiyasından namizəd kimi iştirak edib, lakin seçilməyib.

İki partlayışın baş verdiyi meydanın ətrafında Federal Ali Məhkəmə ilə Milli Konqresin binası və Prezidentin işçi iqamətgahı yerləşir.

Belə ki, Vanderleyə məxsus avtomobil əvvəlcə parlament binasının yaxınlığındakı dayanacaqda partlayıb, sonra isə o özünü Federal Ali Məhkəmənin binasının qarşısında partladıb. Qeyd olunub ki, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva partlayışlardan əvvəl iş iqamətgahını tərk edib. Hazırda meydanda partlayıcı texnikalar işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 14.11.24 19:28