“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |     20:24 Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub  |     20:18 DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb  |     20:13 Kağız reseptlərdən istifadə ləğv ediləcək  |     20:05 Yaşayış komplekslərində yanğına qarşı tədbirlər keçirilib, nöqsanlar aşkarlanıb  |     19:59 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL  |     19:51 Əmək pensiyaları indeksləşdiriləcək  |     19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |    

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində olan hökmdən kassasiya şikayəti verib.

APA xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun icraatına verilib.

Məhkəmənin keçirilmə tarixi təyin edilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azldılıb. Ruslan Mikayılova 6 il 7 ay, Sənan Maşıyevə 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanova 6 il 5 ay 5 gün, Elçin Əliyevə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 05.02.25 19:33