DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |    

DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb

Xarici kiber müdaxilələrlə 2024-cü ildə 16804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Verilən məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanıb.

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2.450.403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292.344 manat, telefon satışına görə 292 fakt üzrə 116.219, avtomobil satışına görə 100 fakt üzrə 121.640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470.734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139.600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82.370 manat olmaqla, digər üsul vasitələlə 10 000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

DİN qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edib: "Şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 05.02.25 20:18