"MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 Turabi barəsində həbs qərarı çıxdı  |     20:24 Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub  |     20:18 DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb  |     20:13 Kağız reseptlərdən istifadə ləğv ediləcək  |     20:05 Yaşayış komplekslərində yanğına qarşı tədbirlər keçirilib, nöqsanlar aşkarlanıb  |     19:59 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL  |     19:51 Əmək pensiyaları indeksləşdiriləcək  |     19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |     19:25 KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb  |     19:19 Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO  |     19:11 Ermənistanda atışma olub, ölən və yaralananlar var  |     19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |    

"MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq

Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.

Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, 3 fevral 2025-ci il tarixində, saat 21:28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunub və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozularaq, haqsız reklama yol verilib.

Bundan əlavə, 3 fevral 2025-cü il tarixində, saat 19:40-da "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 8:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 05.02.25 18:16