Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.
Median.Az-ın "UNİAN" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisindən məlumat verilib.
"Bəziləri 2 ildən artıqdır ki, əsirlikdədir. Bu gün onlar və ailələri üçün illərlə gözləməkdən daha əhəmiyyətli bir gündür. Onları evdə, sağ-salamat, ailələrinin yanlarında görmək əsl xoşbəxtlikdir", - deyə Zelenski bildirib.
Həmçinin Zelenskinin Ofisindən verilən məlumata görə, geri qayıdanlar əsgərlər, serjantlar və zabitlərdir, eyni zamanda Mariupolda və Zaporojye vilayətində əsir düşmüş Hərbi-Dəniz Qüvvələri və Hərbi-Hava Qüvvələrinin müdafiəçiləri, hava hücumu və quru qoşunlarının hərbçiləri, milli qvardiyaçılar, sərhədçilər, ərazi müdafiə qüvvələri, eləcə də polislərdir.
Rusiya "Telegram" kanallarında da artıq bununla bağlı xəbərlər və fotolar paylaşılıb.