Rusiyanın Surqut şəhərində kişi səhər saat üçə qədər kompüterdə oynadıqdan sonra komaya düşüb.
Qeyd olunub ki, onun qıcolması və qusması başlayanda yaxınları tibb işçilərini çağırıblar.
“Tibb işçiləri gələndə kişi komada olub. Yaxınları ilə söhbət etdikdən sonra məlum olub ki, xəstə gecə saat üçə qədər kompüterdə oynayıb”, - deyə həkimlər bildiriblər.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstənin spirtli içki qəbul etmədiyi və siqaret çəkmədiyi vurğulanıb.
Mənbə: osnmedia.ru