Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.
Bu barədə "İzvestiya" qəzeti layihənin müəlliflərinə istinadən yazır.
Cütlük tapmaq üçün parametrlər olaraq sistem "Cattell"in psixoloji testini rəhbər tutur.
Qeydiyyatdan keçərkən istifadəçi bir neçə suala səslə cavab verir və gələcək tərəfdaşın vacib şəxsi xüsusiyyətlərini göstərir.
Sankt-Peterburq Dövlət Universitetinin tərtibatçıları qrupu unikal funksionallığı olan yeni onlayn tanışlıq saytını təqdim edib.
Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, əsas vəzifə səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir.
Bu məqsədlə şəxsiyyət xüsusiyyətlərini müəyyən etməyə kömək edən "Cattell" psixoloji testindən istifadə olunur.
Tətbiqin prinsipi belədir: qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir.
Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.
Bundan sonra istifadəçi gələcək partnyorun ünsiyyətcillik, zəka, emosional sabitlik və başqaları kimi şəxsi xüsusiyyətlərini faizlə seçir. Alqoritm məlumatları təhlil edir və ən uyğun tərəfdaşı seçir.
Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir.
//Baku.ws