ABŞ hakimiyyəti altıncı nəsil simsiz rabitənin (6G) tətbiqinin təxminən 2030-cu ildən başlayacağını gözləyir.
Bunu ABŞ dövlət katibinin beynəlxalq informasiya və kommunikasiya siyasəti üzrə köməkçisinin müavini Stiv Lenq deyib.
“Düşünürəm ki, gözlədiyimiz növbəti nəsil - 6G-nin, tətbiqi təxminən 2030-cu ildə başlayacaq”, - o deyib.
ABŞ rəsmisinin sözlərinə görə, hazırda 6G şəbəkələri üçün tezliklər müəyyənləşdirilir.