Yanvarın 23-də Respublikaçılar Partiyası daxilində ilkin seçkilərin (praymeriz) keçiriləcəyi Nyu-Hempşir ştatında seçicilərin dəstəyinə görə ABŞ-nin keçmiş prezidenti Donald Tramp liderlik edir.
Buna CNN telekanalının dərc etdiyi sosioloji sorğunun nəticələri dəlalət edir.
Qarşıdan gələn səsvermədə iştirak etməyi planlaşdıran respublikaçıların 50 %-i Trampı dəstəkləməyə hazırdır. Respondentlərin 39 %-i ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə üstünlük verir. Cəmi 6 % öz seçimini əvvəllər Ayova ştatında partiya fəallarının yığıncaqlarının (kokus) nəticələrinə görə ikinci yeri tutmuş Florida qubernatoru Ron DeSantisin xeyrinə etmək niyyətindədir.
CNN qeyd edib ki, Heyli yanvarın əvvəlindən, anketlər onun 32 %, Trampın isə 39 % səs topladığı vaxtdan bəri mövqeyini yaxşılaşdırıb. Lakin bu, yetərli olmayıb və aralarındakı fərq daha da böyüyüb.
Sorğunun nəticələrinin statistik xətası 2 faiz bəndidir. Araşdırma 1-19 yanvar tarixlərində aparılıb. Burada 2 mindən çox insan iştirak edib.