Avropa Şurası Parlament Assambleyası (AŞPA) yunan siyasətçisi Teodoros Russopulosu yeni prezident seçib.
Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk məlumat yayıb.
“AŞPA-nın yanvar sessiyası rəsmən başlayıb. İlk xəbər Teodoros Russopulosun Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçilməsidir. O, yeganə namizəd olub”, - deyə Kravçuk bildirib.
Onun sözlərinə görə, bundan əvvəl yunan siyasətçi Teodoros Russopulos Avropa Xalq Partiyası Qrupunun vitse-prezidenti və AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinin sədri olub.
Mənbə: interfax