Şimali Koreyada 16 yaşlı iki gənc Cənubi Koreya filmlərinə və kliplərinə baxdıqlarına görə 12 il ağır əmək cəzasına məhkum ediliblər.
Bu barədə BBC Cənub və Şimal İnkişafı Tədqiqat İnstitutunun (SAND) videoyazısına istinadən məlumat yayıb.
2022-ci ildə montaj edildiyi güman edilən kadrlar açıq məhkəmə prosesini göstərir. Boz paltolu iki oğlanın əlləri qandallıdır. "Reuters" yazır ki, iştirak edənlərin hamısı tibbi maskalar taxır ki, bu da görüntülərin koronavirus pandemiyası zamanı çəkildiyini göstərir.
Videoda yeniyetmələrin çoxlu sayda insanın gözü qarşısında "səhvlərini dərk etmədiklərinə" görə təhqir olunduğu göstərilir. Səsdə deyilir ki, oğlanlar "çürük kukla rejim" mədəniyyəti ilə həyatlarını məhv ediblər.
Keçən fevralda "The Daily Mail" xəbər vermişdi ki, Şimali Koreyada xoreoqraf və tələbələr "kapitalist" hərəkatları öyrəndikləri üçün həbs ediliblər.
//qaynarinfo