Şvartsenegger hava limanında saxlanmasına səbəb olan “başıbəlalı” saatını satdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |     19:40 Ahıska türklərinin sürgün edilməsindən 80 il ötür  |     19:38 20 yaşlı basketbolçu NBA-da yeni rekorda imza atıb  |     19:38 “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının keçmiş əməkdaşı intihar edib  |     19:36 Bakıda yük avtomobilinin vurduğu piyada beş gün sonra ölüb  |     19:36 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     19:28 Braziliyada kişi Ali Məhkəmənin binası qarşısında özünü partladıb  |     19:27 FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb  |     19:27 Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir  |     19:25 Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb  |     19:25 İsrail ordusunun itkiləri 792 nəfərə çatıb  |     19:24 Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq  |     19:15 COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır  |     19:10 Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək  |     18:29 Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI  |     18:04 Avropada qazın qiyməti kəskin bahalaşdı  |     17:38 Həbsdə olan güneyli etirazçıya ölüm hökmü verildi  |     17:25 AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb  |     17:22 Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib  |     17:04 “Başdaşını müzakirə etmək yaxşı hal deyil” - Aygün Bəylərin məzarı qalmaqal yaratdı (FOTO)  |    

Şvartsenegger hava limanında saxlanmasına səbəb olan “başıbəlalı” saatını satdı - FOTO

Məşhur amerikalı aktyor Arnold Şvartsenegger Münhen hava limanında saxlanılmasına səbəb olan, özünün dəbdəbəli “Audemars Piguet” saatını hərracda satıb.

O, saat üçün 270 min avro alıb.

Xeyriyyə hərracı Avstriyanın Tirol federal əyalətində Kisbyüel bölgəsindəki “Stanglwirt” otelində baş tutub. Saatın ilkin qiyməti 50 min avro olub. Satışdan əldə edilən gəlirin hamısı ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

“Audemars Piguet” ulduzun şəxsi kolleksiyasından olan unikal saatdır və xüsusilə onun üçün hazırlanıb.

Xatırladaq ki, yanvarın 17-də aktyor Almaniya ərazisinə daxil olarkən Münhen hava limanında gömrük polisi tərəfindən saxlanılıb. Kisbyüeldəki Dünya İqlim Sammitinə gələn Şvartsenegger özü ilə lüks brend “Audemars Piguet”dən dəbdəbəli saat da gətirib. O, saatı xeyriyyə hərracında satmaq istəyib. Əvvəlcə ulduz öz məşhurluğu ilə gömrükçülərin diqqətini çəkib. Daha sonra isə onun əlində dəbdəbəli əşyanın olduğunu görüblər.

Faktla bağlı cinayət işi açılıb.


Mənbə: Octagon.mediaскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 017 19.01.24 22:41