ÜST: Qəzza zolağında Hepatit A-ya yoluxma sayı artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |     19:40 Ahıska türklərinin sürgün edilməsindən 80 il ötür  |     19:38 20 yaşlı basketbolçu NBA-da yeni rekorda imza atıb  |     19:38 “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının keçmiş əməkdaşı intihar edib  |     19:36 Bakıda yük avtomobilinin vurduğu piyada beş gün sonra ölüb  |     19:36 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     19:28 Braziliyada kişi Ali Məhkəmənin binası qarşısında özünü partladıb  |     19:27 FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb  |     19:27 Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir  |     19:25 Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb  |     19:25 İsrail ordusunun itkiləri 792 nəfərə çatıb  |     19:24 Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq  |     19:15 COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır  |     19:10 Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək  |     18:29 Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI  |    

ÜST: Qəzza zolağında Hepatit A-ya yoluxma sayı artıb

Qəzza zolağında təmiz suya giriş ciddi şəkildə məhdudlaşdırıldığı üçün Hepatit A-ya yoluxma sayı artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus "X" hesabında bildirib.

"Qeyri-insani həyat şəraiti - demək olar ki, içməli suyun olmaması, natəmiz tualetlər və ya ətrafı təmiz saxlamağın qeyri-mümkünlüyü - Hepatit A-nın daha da yayılmasına imkan verəcək. Xəstəliklərə diaqnoz qoymaq imkanları son dərəcə məhdud olaraq qalır. İşləyən laboratoriyalar yoxdur. Bu səhiyyə böhranına reaksiya vermək imkanı məhdud olaraq qalır. Biz tibbi yardımın maneəsiz və təhlükəsiz əldə edilməsinə və sağlamlığın qorunmasına çağırış etməyə davam edirik", ÜST-nin baş direktoru vurğulayıb.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, viruslu qaraciyər infeksiyası olan Hepatit A adətən yüngül formada keçir, lakin bəzən ağır xəstəliyə səbəb ola bilər. O əlavə edib ki, məhdud laboratoriya imkanlarına görə hələlik 24 nəfərdə Hepatit A yoluxması analizlə təsdiqlənsə də, minlərlə sarılıq yoluxmasının də qaraciyər infeksiyası ilə əlaqəli olduğu güman edilir ki, bu da Hepatit A yoluxmasının daha çox yayıla biləcəyini göstərir.

///Apaскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 19.01.24 19:12