“Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
“Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var - konstitusiyaya düzəlişlər yox, yeni konstitusiyaya. Ədliyyə naziri ilə işgüzar söhbət zamanı bunu ona görə qeyd etdim ki, daha geniş müzakirələrə səbəb olsun”, - deyə Paşinyan bildirib.
“Ermənistan Respublikasında səsvermənin nəticələrinə əsasən, Ermənistan Respublikası xalqı tərəfindən qəbul edilmiş konstitusiya olmalıdır. O, heç kimdə şübhə yaratmamalıdır. Bu, həm də legitimliklə bağlı mühüm amildir”, - baş nazir vurğulayıb.
O qeyd edib ki, onun fikrincə, gələcəyə strateji baxış Ermənistanın “suveren, hüquqi, demokratik və sosial dövlət” olmasından ibarət olmalıdır.
Mənbə: TASS