Buenos-Ayres metropolitenində bədbəxt hadisə baş verib.
“Euronews” xəbər verir ki, platformada qatarı gözləyən kütlə arasında bir kişi qəfildən huşunu itirib.
Azmış kimi, yıxılan zaman o təsadüfən bir qadını itələyib rels üstünə aşırıb. Bu zaman stansiyaya qatar yaxınlaşırdı.
Yıxılan zaman huşunu itirən qadın yerindən tərpənməyib və yalnız sərnişinlərin şücaəti onu ölümdən xilas edib. Onların işarələrı maşinisti hadisə haqqında məlumatlandırıb və o qatarı qadından bir necə metr aralıda saxlaya bilib.
Daha sonra iki sərnişin relslərə enib qadına ilkin yardım göstərib.