Ayova ştatında (ABŞ) bir ailə evlərinin zirzəmisi qan ilə dolduğundan oradan köçməli olub.
“Newsweek” xəbər verir ki, Lestina ailəsinin qonşuluğunda ət dükanı olub.
Mağazada kanalizasiya sistemi sıradan çıxdğına görə, ət məhsullarının emalından yaranan qan, sümük qırıntıları və piy qonşunun zirzəmisinə axıb. Nəticədə zirzəmidə bir necə santimetrlik qan örtüyü yaranıb.
Dükanın yeni sahibləri dəymiş ziyanı ödəməkdən və zirzəmini təmizləməkdən imtina ediblər. Onlar bildiriblər ki, dükanı alan zaman problemdən bixəbər olublar.
Lestina ailəsinə bir neçə min dollarlıq ziyan dəyib. Onlar maddi zərərin odənilməsi məqsədi ilə məhkəməyə müraciət etməyi qərara alıblar.