Tokioda “Hagibis” qasırğası nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.
Median.Az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, 18 prefekturada hazırda 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tiba prefekturasında aşmış yük maşınında kişi meyiti aşkarlanıb. Qumma prefekturasında isə sürüşmə nəticəsində 3 nəfər itkin düşüb, onlardan birinin meyiti tapılıb. Sidzuoka prefekturasında da 1 nəfər itkin düşüb.
Qeyd edək ki, Yaponiya hökuməti “Hagibis” qasırğası ilə əlaqədar maksimal – beşinci təhlükə dərəcəsi elan edib. Yaponiyanın Meteorologiya İdarəsi qasırğanın Tokioda sürətinin 65 m/s-yə çatacağı barədə xəbərdarlıq etmişdi. Qasırğa ilə əlaqədar 15 milyon insanın təxliyə olunacağı gözlənilir.