Yol polisi sərnişin daşıyan sürücünün nəşəli olduğunu aşkarladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |    

Yol polisi sərnişin daşıyan sürücünün nəşəli olduğunu aşkarladı

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, taksi qismində idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin aparan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.//lent.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 10.07.19 19:43