Qadın paltarı geyindirib alçaltdılar, indi kənddən qovurlar... - Zərdabda namus davası » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |    

Qadın paltarı geyindirib alçaltdılar, indi kənddən qovurlar... - Zərdabda namus davası

Bir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasında yaranan "namus davası"nda yeni detallar ortaya çıxıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, 70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.

Hətta bu hadisəyə görə bir müddət əvvəl Müşfiq Kərimova qadın paltarı da geyindiriblər. Belə ki, Mübarizlə birgə bir neçə nəfər F. Kərimovun atası M. Kərimova qadın paltarı geyindirərək icra nümayəndəliyinin qarşısında təhqir edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları M. Kərimovu təhqir edən R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni bir müddət əvvəl saxlayıb, sonra isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Döyülən tərəfi narazı edən məqam isə həmin şəxslərin hələ də azadlıqda qalması və kənd sakinlərinin onlarla bağlı topladığı imzadır. Eyni zamanda, A.H-nın nömrəsini Fərid Kərimovun kiməsə verməsi faktının təsdiqinin tapmadığını əlavə ediblər.

Zərdab rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Süleymanov 70 nəfərin ərizə yazması faktını təsdiqləyib. O bildirib ki, ərizələrin heç bir hüquqi əsası yoxdur: "Azərbaycan qanunvericiliyində ərizə yazmaqla kiminsə kənddən çıxarılması halı yoxdur. Buna görə də, heç kim kənddən çıxarıla bilməz”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, M.Kərimovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb:

"Bu işlə bağlı istintaqın ilkin mərhələsində 4 nəfər saxlanılaraq həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Məhkəmə bundan imtina edib, daha sonra prokurorluq apelyasiya protesti verib. Apelyasiya instansiyası da protesti təmin etməyib. Həmin şəxslər bu səbəbdən azadlıqda qalıb. Hazırda istintaq davam etdirilir, yekunda iş tamamlanaraq məhkəməyə göndəriləcək. İttiham olunan şəxslərin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisədə adı hallanan xanım 6 ildir ki, evlidir. Həyat yoldaşı isə hazırda həbsdədir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 724 10.07.19 13:09