Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.
Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.
Ə.Babayev xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.