Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Median.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.