"Azərişıq" ASC cənub bölgəsində gücləndirilmiş iş rejiminə keçib.
ASC-dən APA -ya verilən məlumata görə, hazırda Cəlilabadda və Biləsuvarda güclü küləklə bağlı qurum tərəfindən qabaqlayıcı tədbirlər görülür.
"Fərdi qaydada problem yarandığı halda, onlar operativ aradan qaldırılacaq. Bütün lazımi olan material, maşın mexanizmlərinə zərurət yarandıqda dərhal təmin ediləcək. Yaranacaq problemlərlə bağlı199 - Çağrı Mərkəzinə müraciət etmək olar" - deyə ASC-dən qeyd ediblər.