Bakının Xətai rayonu, M.Hadi küçəsində azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Nizamov Vüsal Emil oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.