"Hər kəs öz istədiyi soyadı götürə bilməz" - Soyadlarla bağlı qanun layihəsi hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |    

"Hər kəs öz istədiyi soyadı götürə bilməz" - Soyadlarla bağlı qanun layihəsi hazırlanır

"Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

Median.Az
report-a istinadən xəbər verir ki, Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yeni soyadların verilməsi və dəyişdirilməsinə görə edilən müraciətləri baxılması üçün Ədliyyə Nazirliyinə göndərib.

S.Sadıqovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı hazırlayacağı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq:

"Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlərə Ədliyyə Nazirliyi tərəfindən baxıldıqdan sonra yekun rəy veriləcək. Hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanır. Həmin layihənin Milli Məclisə təqdim olunacağı gözlənilir. Çünki dəyişdirilməsi üçün müraciət olunan həmin soyadlar hüquqi cəhətdən tənzimlənməlidir. Biz hazırda soyadlarla bağlı edilən müraciətlərə nə müsbət, nə də mənfi cavab verə bilmirik. Çünki bu, araşdırılmalı və müxtəlif prosedurlardan keçməlidir. Biz bunları sənədləşdirib Ədliyyə Nazirliyinə göndərmişik. Axı hər kəs öz istədiyi soyadı götürə bilməz. Onun dəyişmək istədiyi soyadı araşdırılmalı və kökü müəyyən olunmalıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            936 09.07.19 16:42