Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli zəhərlənməsi ilə bağlı bəzi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Q.Təhməzli bu barədə qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında danışıb:
“Bu günə qədər bioloji, kimyəvi heç bir zəhərlənməyə məruz qalmamışam. Bu adamların nə yazmasından asılı olmayaraq, ölkədə qida təhlükəsizliyini bərqarar edəcəyik. Boş yerə cəhd etməsinlər”.