Ötən gün Bakının Nərimanov rayonunda qızlar əlbəyaxa dava ediblər.
Median.Az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, Nərimanov metrostansiyası yaxınlığındakı parkda 4 qız dava salıblar.
Qızlar bir-birinin saçını yolublar və söyüş söyüblər.
Əraziyə polis bölmələrinin qüvvələri çağırılıb. Polislər çox çətinliklə də olsa qızları ayırmağa nail olublar.
2 qız polislərin əlindən qaçaraq ərazini tərk edib.
Hadisənin görüntülərini təqdim edirik.
Qeyd edək ki, təqdim etdiyimiz videoda qızlar xoşagəlməz ifadələr işlədirlər.