Dənizkənarı Bulvarda balıq ovlayan həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |     18:23 FHN təlim keçirdi - Video  |     18:22 “Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”  |     18:20 “Semeçka”nın bu faydalarını bilirdinizmi?  |     18:18 Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı  |     18:13 İsrail 200 fələstinli məhbusu azad edib  |     18:12 Hər an dəhşətli hadisə ola bilər: Oğuzda təhlükə dolu məktəb - VİDEO  |     18:11 Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu  |     18:11 Sumqayıtda ağaclar obyekt tikintisi üçün kəsilir? - VİDEO  |     18:09 İranda qar uçqunu nəticəsində qadın alpinist həlak olub  |     18:09 Hikmət Mirzəyev Türkiyə - Suriya sərhədində olub  |     18:07 Paşinyan "erməni soyqırımı" məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb  |     17:50 Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib  |     17:38 Bərdədə övladlarını itirmiş qadın intihar edib  |     17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |    

Dənizkənarı Bulvarda balıq ovlayan həbs edildi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dənizkənarı Bulvar İdarəsinin ərazisində torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb.

İdarədən verilən məlumata görə, tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfindən tutulub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları M.Mansurova bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.

Qeyd edək ki, son günlər Bakı Buxtasının bir neçə nöqtəsində balıq ovlamaq üçün yararsız tor hissələri aşkar olunub. Bu isə guya Dənizkənarı Bulvar İdarəsi ərazisində qanunsuz balıq ovunun təşkil edildiyi barədə qeyri-dəqiq informasiyaların yayılmasına səbəb olub. Su Nəqliyyatında Polis İdarəsinin vətəndaşların nəzərinə çatdırır ki, həmin torlar Xəzər dənizinin digər hissələrinə tullantı kimi atılan və külək vasitəsilə Dənizkənarı Bulvar ərazisinə gəlib çıxan balıqovlama vasitələridir. Bununla yanaşı, əhalidən Dənizkənarı Bulvar ərazisində balıqçı torları ilə rastlaşdıqları təqdirdə, Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02 və 012-433-38-12 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir. Bununla yanaşı, idarə əməkdaşları tərəfindən dənizə ölü balıqlar buraxan şəxslərə də qarşı mübarizə gücləndirilib. Bəzi dırnaqarası balıqçılar bilərəkdən insanlar arasında dənizə zəhərli maddələr atıldığını və bu səbəbdən balıqların öldüyü barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar. Buna səbəb isə həmin şəxslərin qanunsuz balıq ovlamağa cəhdlərinin qarşısının vaxtında alınmasıdır.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz balıq tutan və adı "Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            993 27.05.19 19:35