Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.
Median.Az "Report"a istinadla xəbər verir ki, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.
Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Ələsgər Müseyib oğlu Bayramova məxsus olduğu məlum olub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.