Kaya Kallas Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.
Bu barədə özəl olaraq Trend-ə Brüsseldəki mənbə məlumat verib.
"Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.
Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!