Bərdədə qadın dərmandan zəhərlənərək ölüb.
Median.Az-ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində baş verib.
Hüseynova Yeganə Araz qızı yanvarın 22-də çoxsaylı təzyiq dərmanı qəbul edib.
Görülən tibbi müdaxilələrə baxmayaraq qadın yanvarın 24-də müalicə aldığı Bərdə rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində ölüb.
Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən “Təzə bazar” adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.