Azərbaycanın rayonlarında yanvarın 26-dan yanvarın 27-də gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.