Güney Azərbaycanın Mərənd şəhərinin Danaqıran dağında qar uçqunu güneyli xanım alpinistin həyatına son qoyub.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istindən xəbər verib.
Məlumata görə, qar uçqunu nəticəsində Mərəndin dağçılıq klubunun bir neçə alpinisti qar altında qalıb, onlar xilas edilsələr də, adı açıqlanmayan xanım alpinist həlak olub.
Qeyd olunub ki, qar uçqunu nəticəsində daha bir kişi ağır yaralanıb.