Tailandın paytaxtı Banqkokda hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən 350-dən çox məktəb bağlanıb.
Median.Az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə bu gün şəhər hakimiyyəti məlumat yayıb.
Məlumata görə, şəhər hakimiyyəti 352 məktəbin bağlanmasına icazə verib. İnsanlara evdən işləmək tövsiyə edilib.
Paytaxtın qubernatoru bildirib ki, çirklənmənin artmasına səbəb zibilin mövsümi yandırılmasıdır.
İsveçrənin “IQAir” şirkətinin dünyanın ən çirklənmiş şəhərləri reytinqində yeddinci yeri Banqkok tutub.