Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO

Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər aşkar olunan Əmir Nizaməddin məscidi hazırda nəzarətsiz və baxımsız vəziyyətdədir.

Median.Az
Xəzər TV-yə istinadən bildirir ki, ətrafı qənbər daşları ilə döşənmiş bu məscidin tarixi çox qədimlərə, 1329-1330-cu illərə gedib çıxır. Rəvayətə görə, məscid Şirvanşahlar dövründə, Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.

Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərində baş vermiş müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bura sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.

Əmircan kənd sakini Tehran Qarayusifli bildirib ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən əsaslı təmir olunub və tarixi abidənin orijinal görkəmi qorunub. Lakin bir sıra problemlər hələ də həllini gözləyir.

Tehran Qarayusifli, həmçinin məscidin zirzəmisindəki cəsədlərin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, XIV əsrə aid olan Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 24.01.25 13:26