Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi

Azərbaycan Hava Yollarının təyyarəsinin qəzası ilə bağlı Rusiyada aparılan cinayət işi üzrə istintaq təsdiq edib ki, hava gəmisi "Pantsir S-1" HHM sistemi tərəfindən vurulub.

Median.Az
-ın məlumatına görə, bu barədə Caliber.az-da dərc olunan materialda qeyd olunur.

Bildirilir ki, qurğu Suriyadan Rusiyaya gətirilib.

"Həmçinin bizə məlum olub ki, Rusiyada istintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyini təsdiqləyib. Bu, hava gəmisinin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub. Rusiyadakı istintaq mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsi müəyyən edib. Bundan əlavə, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri məlumdur və biz bu məlumatı lazımi vaxtda oxucularla mütləq bölüşəcəyik", - deyə nəşrdə vurğulanıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 24.01.25 18:03