İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi
Rusiyanın Aeroflot şirkətinə məxsus İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib.
Təyyarədə olan bütün sərnişinlər hava limanının binasına təxliyə edilib.
Bildirilib ki, təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlığın yaranmasıdır.
Saat 18:45-də havada olarkən təyyarədə olan sərnişinlərə Həştərxanda planlaşdırılmamış eniş barədə məlumat verilib.
Sərnişinlərin sözlərinə görə, Aeroflot nümayəndələri əmin edirlər ki, gecə saat 2-də Moskvadan başqa bir təyyarə gəlib hamını paytaxta aparmalıdır.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!