Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Bakıdan kənarda torpaq qiymətlərində artımın səbəbi nədir? (VİDEO)  |     22:44 Şou-biznesdə ilk: Nura Suri süni intellektlə klip çəkdi - Video  |     22:34 İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi  |     22:26 "Kəpəz" Malta millisinin futbolçusunu transfer etdi  |     22:17 Türkiyədə bina çökdü  |     22:01 Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?  |     21:44 Astaralı bacı-qardaş 7 aydır ki, meşədə, küçədə, kanalda yaşayır - VİDEO  |     21:28 Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb  |     21:09 Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü  |     20:54 İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb  |     20:43 Bakıda qadın qazdan boğulub öldü  |     20:31 İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var  |     20:19 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır  |     20:08 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?  |     19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |    

Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb

Böyük Britaniya hökuməti sualtı donanmanın modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılması məqsədilə “Rolls-Royce” şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hakimiyyətinin yaydığı məlumatda deyilir.

“Rolls-Royce” ilə yeni müqavilə Böyük Britaniyanın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə yaradılmış və ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS ittifaqı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək.

Bu tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığın iki istiqamətdə inkişafı nəzərdə tutulur. Birinci istiqamət Avstraliyaya atom sualtı qayığı donanmasının verilməsini nəzərdə tutur. Böyük Britaniya SSN-AUKUS sualtı qayıqlarının tikintisinə başlamağı planlaşdırır və bu qayıqlar sonradan hər iki dövlətin hərbi dəniz qüvvələrinin silahlanmasına qəbul ediləcək. Böyük Britaniyanın “BAE Systems” və “Rolls-Royce” şirkətləri Avstraliyanın “ASC Pty Ltd” gəmiqayırma şirkəti ilə birlikdə atom sualtı qayıqlarının yaradılmasını həyata keçirəcək.

2030-cu ildən sonra tikinti işləri Avstraliyada davam etdiriləcək və 2040-cı illərin əvvəllərində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək. O vaxta qədər Avstraliyanın sualtı donanması ABŞ-dən alınmış üç "Virginia" sinifli sualtı qayıq hesabına gücləndiriləcək.

Əməkdaşlığın ikinci istiqaməti sualtı sistemlər, kvant texnologiyaları, süni intellekt və avtonom sistemlər, kibertəhlükəsizlik və radioelektron mübarizə, hipersəs uçuş aparatları və onların zərərsizləşdirilməsi üçün vasitələr, həmçinin innovasiyalar və informasiya mübadiləsi texnologiyalarını əhatə edən səkkiz sahədə hərbi təyinatlı vasitələrin birgə işlənib hazırlanmasını nəzərdə tutur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 24.01.25 19:09