İsrail HƏMAS-la atəşkəs razılaşması çərçivəsində 200 fələstinli məhbusu azad edib.
Bu barədə "Galei Tzahal" radiostansiyası məlumat yayıb.
"Ramallahdakı Ofer Hərbi Həbsxanasından 114 fələstinli məhbus azad edilib. Daha 70 məhbus Misirə, 16 məhbus isə Qəzza zolağına deportasiya olunacaq", - məlumatda qeyd olunur.