Bakı Dövlət Universitetinin (BDU) həyətində tələbə və müəllimlər üçün nəzərdə tutulmuş “Pepsi” adlanan çayxana sökülüb.
Median.Az report-a istinadən xəbər verir ki, çayxanada söküntü işlərinə bu ilin yanvar ayından başlanılıb.
Qeyd edək ki, həmin çayxanada qiymətlər nisbətən ucuz olub. Burada bir çaynik çayın qiyməti əvvəllər 10-20 qəpik, sonralar isə 30 qəpik məbləğində müəyyənləşmişdi.