Yanğının söndürülməsində iştirak edən mülki geyimli şəxslər səhər növbədən çıxan əməkdaşlardır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Yanğının söndürülməsində iştirak edən mülki geyimli şəxslər səhər növbədən çıxan əməkdaşlardır

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verən yanğının söndürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Median.Az
bildirir ki, bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, həmin KİV-lərdə və sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğının söndürülməsi vaxtı mülki şəxslərin köməyindən istifadə ediblər:

"Qeyd edim ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır. Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutub öz həmkarlarına köməyə gəliblər. Həmkarlarımızdan və sosial şəbəkə istifadəçilərin xahiş edirik belə həssas məsələlərdə diqqətli olsunlar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 570 26.03.19 19:27