Mojo.az Banner
12:09 Azərbaycanda Məhərrəm ayı başlayıb  |     12:07 Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdi  |     22:18 Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu  |     22:17 Tovuz rayonunda kanaldan meyit aşkarlandı  |     22:16 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq  |     22:15 Sumqayıtda oğurluq edən qadın saxlanılıb  |     22:13 Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi  |     22:13 Ağ Evdə keçirilən UFC turnirində qalmaqal  |     22:12 Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi  |     22:10 Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi  |     22:08 Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib  |     22:05 Sabah 32 dərəcə isti olacaq  |     22:01 Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı  |     21:55 Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)  |     21:49 Ucarda 62 yaşlı kişi küçədə öldü  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Dərmanlarla bağlı cərimələr artırılır

08.11.2018 16:14 1 915
Dərmanlarla bağlı cərimələr artırılır
Dərman vasitələrinin saxlanması və topdansatış tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulub.

Bununla bağlı dəyişikliklər layihəsi Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişkliklərdə əsasən, dərman vasitələrinin istehsalı, saxlanması, topdansatışı, apteklərin təşkilati işləri ilə bağlı qaydaların pozulmasına görə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Bununla bağlı konkret olaraq, Məcəllənin 221.10-cu maddəsinə dəyişiklik nəzərdə tutulur.
Dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına və saxlanmasına, eləcə də, topdansatışına dair tələblərin pozulmaslına görə - vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

Qayda pozuntusu bir il ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxsin 2500 manatdan 4500 manatadək məbləğində, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Məcəlləinin 452-ci maddəsinə nəzərdə tutulan dəyişiklik isə dərman vasitələrinin buraxılışında apteklərin təşkilati qaydalarının pozulması ilə bağlıdır.

Bununla bağlı olaraq 452.3-cü maddədə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslərin 500 manatdan 700 manatadək, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.

Bu hal bir ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxslərin 1500 manatadək, hüquqi şəxslərin 5000 manatdan 7000 manatadək cərimələnməsi nəzərdə tutulur.//oxu.azскачать dle 11.3
Mojo.az Banner