Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib  |     17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |    

Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 12.12.24 17:29