Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”

05.07.2025 15:05 696
“Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”
Bir neçə gün öncə Bakının Binəqədi rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, hadisə mərhumun 1 yaşlı qızı yanında olarkən baş verib: "Ata və azyaşlı qızı evdə yatan vaxt ana mətbəxdə olub. Qadın mətbəxdən qayıdarkən dəhşətli mənzərə ilə qarşılaşır: körpəsi qan içində, həyat yoldaşı isə həyatını itirib. Qaynı uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü, dərhal polisə gedib təslim olacağını bildirib”.

Mərhumun arvadı həyat yoldaşının narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan olduğunu deyib: "Hadisəyə səbəb isə bir həyət evində qardaşların arasında yaranan mübahisə olub. Qardaşlardan biri özünə əlavə qapı yeri açılmasını tələb edirmiş”.

Xatırladaq ki, hadisə iyulun 3-ü səhər saatlarında baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.

Son xəbərlər