Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə...

03.07.2024 17:57 1 440
Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə...
Füzuli rayonunda 21 yaşlı hamilə qadın psixoloji zorakılığa məruz qalıb.

Bu barədə Bizim.media-ya "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, rayonun Zobucuq kəndindən onlara müraciət edən qadın çıxılmaz vəziyyətdə olduğunu və qorxduğunu bildirib:

"Xanım artıq hamiləliyini pozmaq istəyir. Çünki onu nə valideynləri qəbul edirlər, nə də qayınanasıgil yola verirlər. Qadının sözlərinə görə, həyat yoldaşı, yoldaşının ailəsi onu evdə qapalı saxlayır, qapını bağlayıb, çörək də vermirlər, hədə-qorxu gəlirlər".

Mehriban Zeynalova ona rayon icra hakimiyyətinə müraciət etməli olduğunu desə də, gənc xanım başqa rayondan gəlin gəldiyi üçün heç kimi, heç yeri tanımadığını, necə müraciət edəcəyini bilmədiyini deyib:

"Gəncdir, qorxudan bilmir nə etsin, nömrə yox, əlaqə yox, çətin durumdadır".

Birlik sədri belə faktların tez-tez olduğunu, başqa rayondan da fiziki zorakılıqla bağlı müraciətin olduğunu qeyd edib:

Göygöl rayonunda isə başqa bir xanım əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Ər iki uşaq anası, 29 yaşlı qadını daim döyür.

Mehriban Zeynalovanın sözlərinə görə qadın qorxu içərisindədir. Başqa rayondan olduğu üçün yerli qurumları tanımır və müraciət edə bilmir.

Qeyd edək ki, Mehriban Zeynalova hər iki qadın barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat versə də, hələ məsələyə müdaxilə olunmayıb:

"Ümumi qrup var, ora yazmışam reaksiya verən yoxdur. Söhbət ondan gedir ki, yerlərdə müvafiq qurumlar dərhal reaksiya vermədikləri üçün problem daha da dərinləşir".

Son xəbərlər