Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Atası döydü, anası dilənməyə göndərdi – VİDEO

04.04.2018 18:05 7 244
Atası döydü, anası dilənməyə göndərdi – VİDEO
Bloqer Şəfiqə Fərzəliyeva sosial media hesabında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalaraq imtina edilən uşaqlar haqqında video paylaşıb.

O, paylaşımında həmin uşaqlardan birinin anası tərəfindən döyülüb, küçəyə dilənmək üçün göndərildiyini deyib.

Bildirib ki, bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət edib:

“Kiməsə övlad qismət olmur, amma qismət olanda da, bu uşaqlar kimi bivec anaları olur. Öz kefinə görə uşaqları evdə ac-susuz buraxıb gedir. Hələ üstəlik, digərini də dilənməyə yollayır.

Xədicə Mahir, çox sağol ki, bu haqda mənə məlumat verdin. Mehriban Zeynalova, bilmirəm, sizə nə deyim, necə təşəkkür edim. Sizə deyən kimi dərhal bu dörd körpəni sığınacağa qəbul etdiniz. Var olun.

Uşaqlar da bezmişdilər. Ümid edirəm ki, onlardan imtina edən anadan sonra həyatları daha gözəl olacaq”.

Birliyin sədri Mehriban Zeynalova bir müddətdən sonra həmin paylaşıma reaksiya verərək, sosial hesabında yazdığı məlumatda həmin uşaqların artıq sığınacaqda olduğunu qeyd edib:

“Bu balacalar valideynləri tərəfindən döyülüblər. Sonra onları evdə tək qoyub gediblər. 2-3 gün ərzində evdə tək qalıblar. Onların üzlərində yara izləri var və valideynləri tərəfindən imtina edildiklərini bildiriblər. Uşaqlar artıq sığınacaqdadırlar”./oxu.az






Paylaşılan videonu sizə təqdim edirik:


Son xəbərlər