Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub

11.07.2020 17:37 2 210
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
“Ötən gün bir xanım altı aylıq körpəsi ilə bizə müraciət edib. Həyat yoldaşından zorakılıq gördüyünü deyib. Əri isə televiziyalardan birinin əməkdaşıdır”.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadə deyir ki, xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunu desə də, aralarında problemlərin mövcudluğundan danışıb:

“Həyat yoldaşı ilə aralarında problem var. Neçə gündür mənə yazırdı. Deyirdi ki, həyat yoldaşı ona “səni istəmirəm”, “evdən çıx get” deyir. Xanımın sözlərinə görə, problemlərdən biri də həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsidir. Qadın həyat yoldaşı tərəfindən təhdid edildiyini də deyir. Daha sonra isə məcbur olub, evdən çıxaraq bizə müraciət edib.

Yoldaşı qadına hədə-qorxu gələrək, bu məsələlərin kütləvi informasiya vasitələrinə çıxmamasını istəyib. Əgər bu barədə mediada hər hansı məlumat görərsə, özünü “ölmüş bilməsini” deyib. Hətta uşağı qadının əlindən bir yolla alacağını da bildirib. Bu, qadının hüquqlarının pozulmasıdır. Bütün bu iddialar barədə araşdırmalar aparılır. Biz hələ ki, onların adlarını elan etmirik. Ümumiyyətlə, bizim heç kimi rüsvay etmək fikrimiz yoxdur. Proseslər qanuna müvafiq şəkildə, məhkəmə yolu ilə davam etdiriləcək. Qadının və uşağın hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görüləcək. İlkin olaraq aliment məsələsinə, daha sonra isə digər məsələlərə baxılacaq”.скачать dle 11.3
Mojo.az Banner