Mojo.az Banner
21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Hələ dərs açılmamış vəziyyət belədirsə..."

13.09.2024 17:45 2 040
"Möhtəşəm" bir gün yaşamışam. Sizinlə də bölüşüm. Məktəblər hələ açılmayıb Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?"

Median.Az bildirir ki, bu sözləri teleaparıcı Jalə Həsənli öz sosial şəbəkə hesabında paylaşıb. O, nəqliyyatın hazırki vəziyyətindən gileylənib :

"Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək? Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir. 

Hələ avtobusa daxil olan bəzi  "smart sərnişin"ləri demirəm. Avtobusda orta boş, arxa boş, minən düz sürücünün yanında dayanır. Sürücü "zəhmət olmasa, arxaya keçin" deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir.
İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar? 

Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm. 
Şəxsi avtomobildən istifadə desəniz, o da müşkül məsələdir. Onda da parklanma dərdi ortaya çıxır. Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina tikirlər, mağaza tikirlər, parklanma yeri yox. 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən. 
Ən yaxşı variant velosipeddir deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək mümkün belə deyil. Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.  

Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır?" .

скачать dle 11.3
Mojo.az Banner