Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır

12.09.2026 17:44 378
Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır
Hörmüz boğazında yaşanan böhrandan sonra dünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan Malakka boğazı ilə bağlı narahatlıqlar artır.

Malakka boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirən əsas dəniz marşrutlarından biridir. 2025-ci ilin ilk yarısında bu boğazdan gündəlik orta hesabla 23,2 milyon barel neft daşınıb.

Bu göstərici Malakkanı neft tranzitinin həcminə görə dünyanın ən böyük strateji boğazı edir.

Hörmüz boğazında yaranan gərginliyin qlobal enerji və ticarət marşrutlarına təsir göstərməsi fonunda Malakka boğazının da diqqət mərkəzinə düşməsi mümkün yeni risk kimi qiymətləndirilir. Bu iki dəniz keçidi dünya enerji və ticarət sistemində mühüm rol oynadığından, hər hansı uzunmüddətli məhdudiyyət qlobal təchizat zəncirinə və qiymətlərə təsir göstərə bilər.

Malakka boğazından keçən neftin böyük hissəsini xam neft təşkil edir. Çin isə 2025-ci ilin ilk yarısında bu boğazdan keçən neft idxalının təxminən 48 faizini təmin edib.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazındakı böhran qlobal dəniz ticarətinin strateji keçidlərdən asılılığını bir daha ortaya qoyub. Bu baxımdan Malakka boğazında yarana biləcək hər hansı problem enerji bazarları ilə yanaşı, beynəlxalq ticarətə də ciddi təsir göstərə bilər.
//sfera.az

Son xəbərlər