Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı

12.09.2026 17:39 348
Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı
Dünyada bütün xərçəng hallarının 40 faizə qədəri həyat tərzinə düzəlişlər etməklə qarşısı alına bilən səbəblərdən qaynaqlanır.

Rusiyanın tanınmış cərrahı, onkoloq Yaroslav Kolosovski orqanizm üçün ən təhlükəli üç gündəlik vərdişin adını açıqlayıb.

Mütəxəssis ən böyük risk faktorları sırasına birinci növbədə tütün istifadəsini daxil edib. Mütəxəssisin sözlərinə görə, tütün tüstüsünün tərkibində 43 məlum xərçəngörədici (kanserogen) maddə var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret çəkmək 12 müxtəlif bədxassəli şiş növünün yaranma riskini dəfələrlə artırır. İkinci əsas səbəb yanlış qidalanmadır. Onkoloq bildirib ki, statistikaya əsasən, xərçəng hallarının 35 faizə qədərinə məhz düzgün olmayan rasion təkan verir.

Emal olunmuş qırmızı ətin (kolbasa, sosiska, bekon), yüksək duz, şəkər və konservant tərkibli məhsulların mütəmadi qəbulu mədə, yoğun bağırsaq və mədəaltı vəzi xərçənginin yaranma ehtimalını yüksəldir.

Üçüncü təhlükəli vərdiş isə həddindən artıq ultrabənövşəyi şüalanmadır. Saat 10:00-dan 16:00-dək günəş altında uzun müddət qalmaq və tez-tez solyariyə getmək melanoma və digər dəri xərçəngi növlərinin əsas yaranma səbəblərindən biridir./Bizim.Media

Son xəbərlər